Kamerun millisinin sabiq hücumçusu Samuel Eto'onun oğlu Etienne Eto'o Portuqaliyanın "Vitoriya Qimaraynş" klubu ilə müqavilə imzalayıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 19 yaşlı oyunçu U-23 komandasında oynayacaq.
Qeyd edək ki, Samuel Eto'o karyerasını 2019-cu ildə başa vurub. O, karyerası ərzində "Real", "Barselona", "Çelsi", "İnter" kimi klublarda çıxış edib.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib