28 sentyabr 2021 12:05
739

Azarkeşlər ən yüksək xalı Mahir Emreliyə verdilər

"Legiya" azarkeşləri klubda çıxış edən legionerlərin Polşa çempionatının 9-cu turunda "Rakuv"la matçdakı oyununu qiymətləndiriblər.

“İki sahil” xəbər verir ki, legia.net-də keçirilən səsvermədə ən  yüksək xalı millimizin üzvü Mahir Emreli toplayıb. O, sözügedən görüş üçün 6.53 xalla legionerlər arasında ən yaxşı oyunçu seçilib. 

Qeyd edək ki, M.Emreli 2:3 hesabı ilə uduzduqları görüşdə mükəmməl qol vurub.