"Mançester Yunayted"in hücumçusu Edinson Kavani qış transfer dövründə "Barselona"ya keçə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. Bildirilib ki, 34 yaşlı hücumçu ona vəd olunan oyun müddətində meydana çıxmadığı üçün yaxın vaxtlarda başqa komandaya keçmək istəyir.
Qeyd edək ki, Kavani 2020-ci ildən "qırmızı şeytanlar"da çıxış edir. Uruqvaylı oyunçu zədə səbəbindən bu mövsümün başlanğıcını buraxıb.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib