Litvada keçirilən futzal üzrə dünya çempionatında yarımfinalçılar müəyyənləşib.
“İki sahil” xəbər verir ki, finala vəsiqə uğrunda görüşlərdə Braziliya Argentina ilə, Portuqaliya isə Qazaxıstanla üz-üzə gələcək. Oyunlar 29-30 sentyabrda Kaunas şəhərində təşkil olunacaq.
Qeyd edək ki, 1/4 finalda Braziliya Mərakeşi 1:0, Qazaxıstan İranı 3:2 hesabı ilə yenib. Portuqaliya əsas vaxtı 2:2 hesabı ilə yekunlaşan görüşdə İspaniyanı əlavə vaxtda məğlubiyyətə uğradıb - 4:2. Argentina isə Rusiya Futbol İttifaqının komandası ilə görüşün əsas vaxtında 1:1 hesablı heç-heçə etsə də, penaltilər seriyasında dəqiq olub - 5:4.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib