28 sentyabr 2021 03:14
990

Türkiyə Futbol Federasiyası məlumat yayıb

Türkiyə millisinin baş məşqçisi Ştefan Kuntzun köməkçiləri məlum olub. 

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. 59 yaşlı mütəxəssisə Kenan Koçak və Yan-Mortis Lixt kömək edəcəklər. Hər iki məşqçi ilə 3 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Ştefan Kuntz 3 il müddətində Türkiyə millisinə baş məşqçilik edəcək.