ABŞ-ın "Tsintsinnati" futbol klubunun baş məşqçisi Yap Stam istefaya göndərilib.
"İki sahil" xarici mediaya istinadən xəbər verir ki, niderlandlı mütəxəssisin qovulmasına uğursuz nəticələr səbəb olub.
Şərq konfransında mübarizə aparan və son 7 oyunun 6-da uduzan komanda hazırda 20 xalla 14 klub arasında 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, futbolçu karyerası ərzində ölkəsinin PSV, "Ayaks", İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Milan" və "Latsio" komandalarında çıxış etmiş Yap 2020-ci ilin mayında "Tsintsinnati" klubuna baş məşqçi təyin olunmuşdu.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib