Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Kriştianu Ronaldu peşəkar karyerasını başa vurduqdan sonra məşqçiliyə başlamağı planlaşdırır.
"İki sahil" "The Sun" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu gələcəkdə "qırmızı şeytanlar"ın gənclər komandasına başçılıq etmək istəyir.
Bu, təcrübəli forvarda Mançester təmsilçisinin akademiyasında yenicə məşqlərə başlayan oğlunun inkişafını izləmək imkanı verəcək.
Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsümdə "Mançester Yunayted"də meydana çıxdığı 3 oyunda 3 qol vurub.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib