İtaliya "Yuventus"unun iki əsas futbolçusu İngiltərənin "Çelsi" komandasına qarşı Çempionlar Liqasının qrup mərhələsinin II tur oyununda iştirak etməyəcək.
"İki sahil" Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, hücumçular - Paulo Dibala və Alvaro Morata zədə səbəbindən matçı buraxacaq.
Hər iki oyunçu "Sampdoriya"nı 3:2 hesabı ilə məğlub etdikləri A Seriyasının VI tur qarşılaşmasında sıradan çıxıb. Onlar oktyabrda milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra sıraya dönəcəklər.
Qeyd edək ki, sentyabrın 29-da oynanılacaq "Yuventus" - "Çelsi" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib