26 sentyabr 2021 18:55
1057

"Neftçi" qələbə qazandı

Bu gün Azərbaycan Premyer Liqasının 5-ci turu nəticəsində "Sabah" "Neftçi"ni qəbul edib.

“İki sahil” xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən qarşılaşmanın 20-ci dəqiqəsində “Neftçi” Ramon Maçadonun qolu ilə hesabı açıb. Oyunun 78-ci dəqiqəsində Mamadu Kane hesab arasındakı fərqi 2 topa çatdırıb.

Görüşün 81-ci dəqiqəsində Aleksey İsayevin vurduğu qolla “Sabah” hesab arasındakı fərqi azaldıb.

Oyun bu hesabla da başa çatıb.

26 sentyabr

Azərbaycan Premyer Liqası

5-ci tur

17:00. “Sabah” 1–2 “Neftçi”

Qol: Ramon Maçado, 20 (0:1), Mamadu Kane, 78 (0:2), Aleksey İsayev, 81 (1:2)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev

“Bank Respublika Arena”