"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante mövsümün sonunda komandasını dəyişə bilər.
Ulduz futbolçu bir neçə Avropa nəhənginin diqqət mərkəzindədir.
Konkret olaraq "Real" və PSJ 30 yaşlı oyunçunu transfer etməkdə maraqlıdır. Kantenin "zadəganlar"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir. Nqolo yeni sazişə hələ müsbət yanaşmadığından, londonlular gələn ilin yayında onu satmağa hazırdır.
Qeyd edək ki, Nqolo Kante 2016-cı ildən "Çelsi"nin formasını geyinir.
Apasport.az
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib