26 sentyabr 2021 11:31
831

Zaqrebdə daha bir cüdoçumuz mübarizəyə başlayır

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turniri davam edir.

“İki sahil” xəbər verir ki, bu gün yarışa daha bir cüdoçumuz - Məmmədəli Mehdiyev (90 kq) qatılacaq. Millimizin üzvü səkkizdəbir finaldan mübarizəyə başlayacaq. Onun ilk görüşdə rəqibi Sebastian Oldak (Polşa) - Vitali Şepel (Ukrayna) cütünün qalibi olacaq.

Qeyd edək ki, bundan əvvəl cüdoçumuz Hidayət Heydərov (73 kq) uğurla çıxış edərək qızıl medal qazanıb.

Üç gün davam edəcək turnirdə 35 ölkədən 240-dən çox idmançı qüvvəsini sınayır.