26 sentyabr 2021 04:26
828

Çempionlar Turu: Şahmatçılarımız məğlub olub

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunda final mərhələsi start götürüb.

Şəhriyar Məmmədyarov ilk turda ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib. I və III partiyada rəqibi ilə heç-heçə edən 36 yaşlı qrossmeyster II və IV qarşılaşmasında məğlubiyyətlə üzləşib. Məmmədyarov yekunda 1:3 hesabı ilə uduzub.

Teymur Rəcəbov isə rusiyalı Vladislav Artemyovla qarşılaşıb. 4 görüşün hamısı bərabərliklə başa çatdığı üçün tay-breyk oynanılıb. Rəcəbov burada rəqibinə məğlub olub 0,5:1,5.

Çempionlar turu

25 sentyabr

I tur

Teymur Rəcəbov - Vladislav Artemyov (Rusiya) - 2:2 (tay-breyk - 0,5:1,5)

Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov - 1:3

Maqnus Karlsen (Norveç) - Yan-Kşiştof Duda (Polşa) - 2,5:0,5

Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa) - 2:2 (tay-breyk davam edir)

Aniş Giri (Niderland) - Hikaru Nakamura (ABŞ) - 2:2 (tay-breyk 1,5:0,5 )

Qeyd edək ki, turnirin mükafat fondu 100 000 ABŞ dollarıdır.

"Report"