Madridin "Atletiko" futbol klubu İspaniya çempionatının yeddinci turunda səfərdə "Alaves"ə 0:1 hesabı ilə uduzub.
“İki sahil” xəbər verir ki, dördüncü dəqiqədə yeganə qolu "Alaves"in müdafiəçisi Viktor Laquardiya vurub.
Bu, "Atletiko"nun 2021/22 mövsümündə ilk məğlubiyyəti olub. "Alaves" mövsümdəki ilk qələbəsini qazanıb.
"Atletiko" 14 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlində ikinci olub, "Alaves" 3 xalla 19-cu pilləyə yüksəlib.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib