25 sentyabr 2021 21:32
1001

“Səbail” “Zirə”ni 3 xalla yola saldı

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci turu çərçivəsində “Səbail” “Zirə”ni qəbul edib.

“İki sahil” xəbər verir ki, “Zirə” Volkovun 16-cı dəqiqədə vurduğu qolla hesabda önə çıxıb. Matçın 40-cı dəqiqəsində dubl edən Volkov hesab arasındakı fərqi 2 topa çatdırıb.

Oyunun 45-ci dəqiqəsində Qoxa hesab arasındakı fərqi azaltsa da meydan sahiblərinin bundan artığına gücü çatmayıb. Matç 1-2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Azərbaycan Premyer Liqası

5-ci tur

25 sentyabr (şənbə)

19:15.“Səbail” 1–2 “Zirə”

Qollar: Volkov, 16 (0:1), 40 (0:2), Qoxa, 45 (1:2)

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, Rəşad Əhmədov

“ASCO Arena”