24 sentyabr 2021 22:25
1037

Kumana iki oyunluq cəza

"Barselona"nın baş məşqçisi Ronald Kuman iki oyunluq cəzalandırılıb.

“İki sahil” xəbər verir ki,  buna niderlandlı mütəxəssisin La Liqanın 6-cı turunda "Kadiz"lə matçın (0:0) sonunda qırmızı vərəqə alması səbəb olub. Kuman  hakimin işindən narazılığını bildirdiyi üçün qırmızı vərəqə görüb.

Beləliklə, baş məşqçi "Levante" və "Atletiko"ya qarşı matçları ehtiyat oyunçular skamyasından idarə edə bilməyəcək. Kluba və məşqçinin özünə də cərimə tətbiq edilib.