"Mançester Yunayted"in qapıçısı David De Xea komanda yoldaşı Kriştiano Ronalda haqda danışıb.
"İki sahil" "Mirror" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı qolkiper 36 yaşlı hücumçunun özünə qulluq etməsinə heyran olduğunu bildirib:
"Ronaldunun hər gün idman zalında necə çalışdığını, özünə qarşı necə davrandığını, vücuduna və sağlamlığına necə diqqətlə yanaşdığını görəndə insan ona heyran olur. O, möhtəşəmdir".
Qeyd edək ki, Ronaldo "Mançester Yunayted"ə qayıdışından sonra 3 oyuna 4 qol vurub.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib