“Səbail”in sabiq futbolçusu Ayrton Stati maraqlı açıqlama verib.
“İki sahil” xəbər verir ki, o, Niderlandın "Regio-voetbal" nəşrinə müsahibəsində 2017-ci ilin yayında "Səbail"dən İnstaqram vasitəsilə təklif aldığını söyləyib:
“2017-ci ildə Azərbaycan klubu “Səbail”dən İnstaqram vasitəsilə inanılmaz təklif aldım. Gedib oranı görmək üçün bilet göndərdilər. Mənimlə ulduz futbolçu kimi davrandılar. Orda həyat yaxşı idi. Mənə pulumu qaydasında, qəpiyinə qədər ödədilər”.
27 yaşlı müdafiəçi Bakı klubunda gününün xoş keçdiyini bildirib: "Bir dəfə məşqdən sonra pulu nəğd aldım və sevgilimə verdim. O da şəxsi sürücümüzlə evə getdi. "Səbail"də hər şey mənim üçün yaxşı idi".
Qeyd edək ki, Ayrton Stati 2017/2018 mövsümündə “Səbail”də çıxış edib. O, hazırda Niderlandın “Kozakken Boys” klubunda oynayır.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib