“Sabah” heyətinə yeni futbolçu cəlb edə bilər.
Klubun mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, braziliyalı futbolçu Hiqor Qabriel paytaxt təmsilçisində baxışdadır. Məşqçilər korpusu 22 yaşlı müdafiəçinin oyununu bəyənsə, onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, Braziliya "Fluminense”sindən gələn Qabriel bu klubun yetirməsidir.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib