24 sentyabr 2021 00:31
961

Emre Demir "Barselona"da

"Barselona" Türkiyənin "Kayserispor" klubunun futbolçusu Emre Demiri heyətinə qatıb.

“İki sahil” Kataloniya təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb.

Gənc oyunçu yeni komandasına bu mövsüm başa çatdıqdan sonra qoşulacaq.

"Barselona" bu keçid üçün qarşı tərəfə 2 milyon avro təzminat ödəyib.