23 sentyabr 2021 16:57
781

Evra məşqçilik lisenziyası aldı

"Mançester Yunayted" və Fransa millisinin sabiq futbolçusu Patris Evra məşqçilik lisenziyası alıb.

“İki sahil” xəbər verir ki, bu barədə o, özünün "İnstaqram" səhifəsində paylaşım edib: “A və B lisenziyası aldım. Təcrübə qazanmaq şansına görə "Mançester Yunayted"ə təşəkkür edirəm. Meydanda saatlarla qışqırıqlarıma dözmək məcburiyyətində qalan oyunçulara, bütün müəllimlərimə təşəkkür edirəm".