23 sentyabr 2021 15:38
958

Anri "Barselona"ya baş məşqçilik edəcək?

"Barselona"da baş məşqçi Ronald Kumanın istefaya göndəriləcəyi təqdirdə komandanı Tyeri Anri çalışdıra bilər. 

“İki sahil” xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Hazırda Belçika millisində köməkçi məşqçi kimi çalışan 44 yaşlı mütəxəssis Kataloniya klubunun baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biridir. 

Qeyd edək ki, Anri 2007-2010-cu illərdə "Barselona"da oynayıb.