"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Solşer İngiltərə Liqa Kubokunun 1/16 finalında "Vest Hem"ə qarşı oyunda hücumçu Kriştiano Ronaldonu iştirak ərizəsinə niyə daxil etmədiyi haqda danışıb.
"İki sahil" "Sky Sports"a istinadən xəbər verir ki, o, digər futbolçuların da oynaması üçün bu qərarı verdiyini deyib: "Ötən bazar matçdan əvvəl heyətdə dəyişiklik edəcəyimizə qərar verdik. Digər oyunçulara oyun praktikası verməli idik. Məsələn, Aleks Telles sağalmışdı, bir həftə məşq etmişdi. Qarşıda uzun bir mövsüm var.