Qadın futbolçular arasında keçirilən dünya çempionatının seçmə mərhələsinin Almaniya – Serbiya matçında (5:1) xoşagəlməz hadisə yaşanıb.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində ingiltərəli yan xətt hakimi Elen Edvards huşunu itirib.
O, həkimlərim ilkin müdaxiləsindən sonra özünə gəlsə də, işinə davam edə bilməyib. Xəstənaya çatdırılan Elenin vəziyyəti sabitdir.