Surinamının 60 yaşlı vitse-prezidenti Ronni Bryunsviyk rəsmi futbol matçında oynayıb.
“İki sahil” xəbər verir ki, o, prezidenti olduğu “İnter Munqotapu”nun heyətində KONKAKAF Liqasında “Olimpia”ya (Honduras) qarşı görüşdə iştirak edib. Qarşılaşma "Olimpia"nın 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Matça start heyətdə başlayan Bryunsviyk 54-cü dəqiqədə əvəzlənib.Beləliklə, o, rəsmi oyunlarda meydana çıxan ən yaşlı oyunçu olub.