22 sentyabr 2021 08:41
810

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi bu dəfə Ağdaşda keçirilib

AFFA-nın, Yelo Bank-ın və Ağdaş Rayon İcra  Hakimiyyətinin birgə təşkilatçılığı ilə   “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi  üzrə  növbəti tədbir  21 sentyabr  2021-ci il tarixdə Ağdaş rayonunun Qolqəti  kəndində    keçirilmişdir.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi məqsədi ilə AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində  karantin rejminin tələblərinə əməl etməklə  Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə  “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər həyata keçirilmişdir.

2021-ci il ərzində qeyd olunan layihə üzrə tədbirlər  Fizuli, Tərtər, Bərdə, Oğuz   Xəzər, Cəbrayıl   rayonunun qəsəbə və  kəndlərində    keçirilmişdir.

Qolqəti kəndində  keçirilmiş  bu günkü   tədbirdə  50 məktəbli uşaq o cümlədən şəhid ailələrindən olan uşaqlar iştirak etmişdir. Tədbirdə  AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev,  90 saylı Ağdaş seçki dairəsindən Milli Məclisə seçilmiş deputat Cavid Osmanov, Milli Məclisin deputatı Sabir Hacıyev, Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və rayon ictimayyətinin nümayəndələri iştirak etmişdir.  Tədbirdə   Milli Məclisin deputatları Rauf Əliyev,  Cavid Osmanov , Sabir Hacıyev və  Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxış ediblər.  Tədbirdə çıxış edənlər 27 sentyabır Azərbaycanda Anım Gününün qeyd olunması ilə əlaqədar  qeyd etdilər  ki, 27 sentyabr 2020-ci tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində  torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin və qazilərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur və onların xatirəsi Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır.  Eyni zamanda şıxış edənlər  Respublikamızın müxtəlif regionlarının kənd və qəsəbələrdə  belə tədbirlərin təşkil edilməsinin kənd yerlərində idmanın inkişafı üçün əhəmiyyətini qeyd etmişlər.

Bu günkü tədbirdə iştirak edən 50 məktəbli uşaqlara  futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilmişdir.

Bu layihə üzrə tədbirlərin  Respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulmuşdur.