21 sentyabr 2021 13:19
914

AFFA İsgəndər Cavadovu təbrik edib

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadovla görüşüb.

“İki sahil” xəbər verir ki, E.Məmmədov 65 illik yubileyi münasibətilə İ.Cavadovu AFFA rəhbərliyi adından təbrik edib.

Yubilyara Azərbaycan milli komandasının futbolkası hədiyyə olunub. İsgəndər Cavadov göstərilən diqqətə görə minnətdarlığını bildirib.