21 sentyabr 2021 10:19
771

Araz sabiq klubuna qarşı 90 dəqiqə oynadı

Kipr çempionatında 3-cü turun oyunları keçirilib.

“İki sahil” xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin də çıxış etdiyi “Etnikos” səfərdə "Anortosis"lə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, hazırda xalı olmaayan “Etnikos” 12 komanda arasında 11-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, A.Abdullayev 2017-2018-ci illərdə "Anortosis"də oynayıb.