Özbəkistanın Daşkənd şəhərində 19-22 sentyabr 2021 ci il tarixdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) gənclər və idman nazirlərinin 5-ci iclasında ölkəmiz nazir Fərid Qayıbovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

“İki sahil” xəbər verir ki, Türk Şurası 5-ci iclası çərçivəsində Gənc Sahibkarların I Forumu keçirilib.
Forumun açılış mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov salamlama nitqi ilə çıxış edib.