20 sentyabr 2021 19:02
985

Fransa klubları azarkeşlərinə görə cəzalandırılıb

Fransa Liqa 1-in VI turunun "Lans" - "Lill" matçında iki komandanın azarkeşləri arasında baş vermiş iğtişaşlarla bağlı qərar açıqlanıb.

“İki sahil” xəbər verir ki, hər iki klub cəzalandırılıb. Meydan sahibləri qarşıdakı 2 çempionat matçını boş tribunalar qarşısında keçirəcək.

Qonaqlar isə növbəti səfər görüşündə fanatsız oynamalı olacaq.

Qeyd edək ki, "Lans"ın 1:0 hesabı ilə qalib gəldiyi oyun ikinci hissənin əvvəlində dayandırılıb.