17 sentyabr 2021 00:48
1066

“Çelsi” futbolçusunun evi qarət olundu - VİDEO

İngiltərə millisi və “Çelsi” klubunun futbolçusu Ris Ceymsin evi qarət olunub.

“İki sahil” xəbər verir ki, o, cinayətin anbaan videosunu “Instagram”da paylaşaraq, ictimaiyyətə müraciət edib.

Hadisə futbolçunun Çempionlar Liqası çərçivəsində Sankt-Peterburqda “Zenit”lə qarşılaşmada iştirak etdiyi zaman baş verib.

Cinayətkarlar içində idmançının medalları olan seyfi oğurlayıblar. Seyfdə Ceymsin ötən mövsüm Çempionalar Liqasında qazandığı qızıl medal, Superkubok medalı və Avropa Çempionatının gümüş medalı olub.