16 sentyabr 2021 00:48
1037

Laporta ilə Kuman arasında 3 saat davam edən görüş olub

"Barselona" Çempionlar Liqasına pis başlamasına baxmayaraq, baş məşqçisi Ronald Kumanı yaxın müddətdə istefaya göndərməyəcək.

“İki sahil” İspaniya mətbuatına istinadla xəbər verir ki, ÇL-in qrup mərhələsində evdə "Bavariya"ya 0:3 hesablı məğlubiyyətdən sonra klub prezidenti Joan Laporta ilə niderlandlı mütəxəssis arasında görüş olub və təqribən 3 saat davam edib. Bildirilib ki, klub yaxın zamanda baş məşqçisi ilə yolları ayırmağa hazırlaşmır.

Kataloniya təmsilçisi "Bavariya"nın  komanda olaraq daha yaxşı olduğunu başa düşür, amma rəhbərlik bu cür məğlubiyyəti qəbul etmir.