16 sentyabr 2021 02:58
1174

Asan olmayacağını bilirik Eray Comert

"Bakı çox gözəl şəhərdir. Bakı Olimpiya Stadionu da yaxşı arenadır. Oyunu səbrsizliklə gözləyirik".

“İki sahil” xəbər verir ki,  bu fikirləri İsveçrə "Bazel"inin futbolçusu Eray Comert Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin l tur oyunundan əvvəl mətbuat konfransında deyib.

Müdafiəçi görüşə yaxşı hazırlaşdıqlarını bildirib: "Asan olmayacağını bilirik. Rəqibi yetərincə analiz etmişik. Onların fiziki durumu yüksək səviyyədədir".

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" qarşılaşması saat 20:45-də başlayacaq.