Əfqanıstanın qadın futbolçulardan ibarət milli komandası ölkədən qaçıb.
“İki sahil” xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Favad Çaudri “Daily Sabah”a açıqlamasında deyib. Nazir qadın futbolçuların Əfqanıstan – Pakistan sərhədindəki “Torham” keçid məntəqəsində olduqlarını bildirib. Onun dediyinə görə, futbolçular Pakistan Futbol Federasiyası tərəfindən qəbul ediləcək.
Qeyd ed'k ki? Əfqanıstanda “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra xeyli insan, o cümlədən, idmançılar ölkəni tərk edib.