15 sentyabr 2021 17:37
992

"Beşiktaş"da növbəti itki

"Beşiktaş" Çempionlar Liqasının qrup mərhələsində Dortmund "Borussiya" ilə matç öncəsi daha bir itki ilə üzləşib. 

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İstanbul təmsilçisinin futbolçusu Kevin N Kudu zədəli olduğu üçün heyətdən kənarlaşdırılıb. Ona görə də 26 yaşlı müdafiəçi oyunu buraxacaq. 

Daha əvvəl isə Domoqoy Vidanında görüşdə iştirak etməyəcəyi bildirilmişdi. 

Qeyd edək ki, bu gün keçiriləcək "Beşiktaş"  - "Borussiya" matçı Bakı vaxtı ilə 20:45-də başlayacaq.