"Çelsi" futbolçusu Sesar Aspilikueta ilə yeni müqavilə imzalamağa yaxındır.
"İki sahil" Britaniya mətbuatına istinadən xəbər verir ki, klub 32 yaşlı müdafiəçini buraxmaq niyyətində deyil. Ona görə də "zadəganlar" ispaniyalı oyunçuya 1 illik müqavilə təklif etməyə hazırlaşır.
Qeyd edək ki, Aspilikueta 2012-ci ildən "Çelsi"də oynayır.