"Bavariya"nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Barselona" ilə matç öncəsi fikirlərini bildirib.
"İki sahil" UEFA-nın saytına istinadən xəbər verir ki, Noyer deyib ki, "Barselona" ilə 2020-ci ildəki oyunumuzu heç vaxt unutmayacağıq: Amma bizi qrup mərhələsində 2 yeni oyun gözləyir. Belə bir matç ilk tur üçün əsl bombadır. Bu turnirdə mübarizəyə başlamağı səbirsizliklə gözləyirik".
Qeyd edək ki, "Barselona" - Bavariya" görüşü bu gün keçiriləcək.