"Milan"ın futbolçusu Zlatan İbrahimoviç növbəti dəfə diqqətləri öz üzərinə cəlb edib.
“İki sahil” xəbər verir ki, 39 yaşlı hücumçu A seriyasının 3-cü turunda "Latsio" ilə matçdakı (2:0) qolunu butslarının ipləri açılmış halda vurub. Matç ərzində İbrahimoviç bir neçə dəfə ayaqqablarının iplərini bağlamaq üçün diz çöksə də, oyun davam etdiyi üçün bunu bacarmayıb.
Qeyd edək ki, İbrahimoviç sözügedən oyunda fərqlənməklə karyerasında ardıcıl 24-cü mövsümdə qol hesabını açmış olub.