14 sentyabr 2021 13:56
913

İtaliya klubu baş məşqçisini istefaya göndərib

İtaliyanın “Verona” klubu baş məşqçisi Eusebio di Françeskonu istefaya göndərib.

“İki sahil” xəbər verir ki, buna A seriyasının startındakı uğursuzluq səbəb olub.

İlk üç turda uduzan veronalılar baş məşqçi ilə vidalaşmağa qərar verib. İyunda komandanın “sükanı arxası”na keçən mütəxəssis postunda 3 ay qalıb.

Qeyd edək ki, “Verona” turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.