09 sentyabr 2021 11:23
1031

Boatenq həbs oluna bilər

"Lion"un yeni transferi  Jerom Boatenq 5 il müddətinə həbs oluna bilər.

"İki sahil" xarici KİV-lərə istinadən xəbər verir ki, bu gün Almaniya millisinin sabiq üzvü Münhendə məhkəmə qarşısına çıxacaq.

Boatenq keçmiş həyat yoldaşı tərəfindən 2018-ci ildə məzuniyyətdə olarkən məişət zorakılığında günahlandırılır. Qadının sözlərinə görə, futbolçu onu döyüb.

Qeyd edək ki, Boatenq bu yay "Bavariya"dan ayrılaraq "Lion"a keçib.