“Real” İspaniya çempionatının yeddinci turunun səfər matçında “Atletiko”ya 1:2 hesabı ilə məğlub olub.
“İki sahil” xəbər verir ki, “Atletiko”nun heyətində qolları Alehandro Qrimaundo (53-cü dəqiqə, penalti) və Conatan Devid (59) vurub. Məğlub komandadan isə Antonio Rüdiger (89) fərqlənib. Qarşılaşmanın 50-ci dəqiqəsində “Real”ın müdafiəçisi Din Hoysenn meydandan qovulub.
“Atletiko” İspaniya çempionatının turnir cədvəlində “Real”ı geridə qoyaraq ikinci pilləyə yüksəlib. Komandanın hesabında 16 xal var. “Real” isə 15 xalla üçüncü sırada qərarlaşıb.