08 sentyabr 2021 14:29
926

Qara Qarayev azarkeşlərə təşəkkür etdi

Azərbaycan millisinin üzvü Qara Qarayev DÇ-2022-nin seçmə mərhələsində Portuqaliyaya qarşı keçirdikləri matç haqqında fikirlərini bölüşüb.

“İki sahil” xəbər verir ki, o, bu barədə öz İnstaqram hesabında paylaşım edib. Qarayev oyunu izləməyə gəlmiş azarkeşlərə təşəkkürünü bildirib:  “Bütün azarkeşlərə təşəkkür edirəm. Heç şübhəsiz ki, siz daha çox qələbələrə layiqsiniz”.
 
Qeyd edək ki, Azərbaycan millisi Portuqaliyaya 0:3 hesabıyla məğlub olub.