08 sentyabr 2021 13:45
840

Luis Enrike: Millini Qvardiolanın çalışdırmağını istəyirəm

İspaniya millisinin baş məşqçisi Luis Enrike "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiola haqqında danışıb.

 

“İki sahil” xəbər verir ki, o, Qvardiolanı İspaniya yığmasının baş məşqçisi kimi görmək istədiyini deyib: "Qvardiolanın İspaniya millisini çalışdırmasını etməsini istərdim. Mən bunu çox istəyirəm. Bu, mükəmməl olardı. Komandanın onun rəhbərliyi altında oynamasının tərəfdarıyam. İspaniya millisi üçün ondan daha yaxşı məşqçi tapılacağını düşünmürəm".