08 sentyabr 2021 12:28
1021

“Qarabağ”ın futbolçusu Nigeriyaya qarşı oynadı

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinin heyətində növbəti oyununu keçirib.

“İki sahil” xəbər verir ki, 28 yaşlı futbolçu DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsində Nigeriyaya qarşı keçirilən oyunda iştirak edib.

O, start heyətdə yer alıb və 77-ci dəqiqədə əvəzlənib. Oyun Kabo-Verdenin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.