08 sentyabr 2021 12:10
1135

Bu sualı dünəndən bəri hətta beynəlxalq federasiyalardan da ünvanlayırlar

Prezident İlham Əliyevin tapşırdığı istiqamətdə ciddi şəkildə işləyəcəyik.

Bunu Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla gənclər və idman naziri təyin olunmuş Fərid Qayıbov deyib:

“Tokio Olimpiya Oyunlarında medal qazananlar kifayət qədər təcrübəyə malik olan yaşlı idmançılardır. Dünən Prezident İlham Əliyev məni qəbul edərkən olimpiya oyunlarında gənc idmançılarımızın medal qazana bilməməsinə də toxundu. Mənə bir istiqamət kimi bunu araşdırmağı, təhlil edib müəyyən nəticələr çıxarmağı tapşırdı. Təbii ki, biz bu istiqamətdə ciddi şəkildə işləyəcəyik"- deyə nazir bildirib.

Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsində də işini davam etdirəcəyini qeyd edib: “Bu sualı dünəndən bəri hətta mənə beynəlxalq federasiyalardan da ünvanlayırlar. Biz davam edirik".