08 sentyabr 2021 11:47
1153

Təmkin Xəlilzadə: Kəlmələrə sığmayacaq qədər üzgünəm

Millimizin üzvü Təmkin Xəlilzadə DÇ-2022-nin seçmə mərhələsində Bakıda Portuqaliyaya uduzduqları oyundan (0:3) sonra "İnstagram"da paylaşım edib.

 

“İki sahil” xəbər verir ki, 28 yaşlı müdafiəçi ağır məğlubiyyətə görə söz tapmadığını bildirib: “Kəlmələrə sığmayacaq qədər üzgünəm. Hər zaman yanımda olan, dəstək verən azarkeşlərimdən üzr istəməyi özümə borclu bilirəm!”