ABŞ-da yaşayan həmyerlimiz Hüseyn Əliyev MMA döyüş növündə növbəti döyüşünə çıxıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının rəhbəri Azad Əsgərov məlumat verib.
Məlumata görə, Əliyev UFC-yə vəsiqə qazanmaq uğrunda Hyustonda keçirdiyi döyüşdə Qraves Kamaronla qarşılaşıb.
Hüseyn rəqibini ottaqona çıxmağa peşman edib. Belə ki, xeyli sayda azərbaycanlının da izlədiyi mübarizədə idmançımız böyük hesablı qələbəyə sevinib – 3:0.
Hazırda Hüseynin hesabında 17 döyüş var. 12 qələbə qazanan Əliyev, 4 dəfə məğlub olub, 1 halda heç-heçəyə razılaşıb.