“İstərdim ki, qazandığım medal qızıl medal olsun. İnşallah, hazırlaşıb bürünc medalı qızıla çevirməyə çalışacam”.
“İki sahil” xəbər verir ki, bunu MDB Oyunlarında bürünc medal qazanan güləşçimiz Birgül Soltanova deyib.
68 kq çəki dərəcəsində bürünc medala sahib çıxan Birgül bildirib ki, əvvəllər dünya və Avropa çempionatında üçüncü yer tutub: "Yenə bürünc medal qazandım. Amma bu medalın da öz əhəmiyyəti var. Çalışıb bunu qızıl medala çevirəcəm”. (Oxu.Az)