Oyun portuqaliyalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşdı.
**
75-ci dəqiqədə D.Jota hesabı 3:0-a çadırır.
***
İlk hissə qonaqların 2:0 hesablı üstünlüyü ilə başa çatdı.
***
31-ci dəqiqədə A.Silva Portuqaliyanın ikinci qolunu vurdu.
***
Oyunda hesab açılıb.
Qonaqların heyətində 26-cı dəqiqədə Bernardu Silva fərqlənib.
***
Azərbaycan və Portuqaliya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu start götürüb.
Qarşılaşmanı italiyalı FIFA referisi Marko Quida idarə edir.
***
Bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti matçına çıxacaq.
“İki sahil” xəbər verir ki, yığmamız doğma azarkeşlər önündə Portuqaliya millisini qəbul edəcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
20:00. Azərbaycan - Portuqaliya
Bakı Olimpiya Stadionu
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 8. Emin Mahmudov, 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 19. Təmkin Xəlilzadə, 20. Filip Ozobiç, 7. Namik Ələskərov, 10. Mahir Emreli
Ehtiyat oyunçular: 12. Mehti Cənnətov, 23. Aydın Bayramov, 5. Bəhlul Mustafazadə, 6. Vüqar Mustafayev, 9. Əli Qurbani, 11. Ramil Şeydayev, 15. Sertan Taşqın, 16. Anatoli Nuriyev, 17. Toral Bayramov, 18. Şəhriyar Əliyev, 21. İsmayıl İbrahimli, 22. Rəhim Sadıxov
Portuqaliya: 1. Ruy Patrisiu, 3. Pepe, 4. Ruben Diaş, 5. Rafael Gerreyro, 6. Joau Palinya, 8. Joau Moutinyu, 9. Andre Silva, 10. Bernardu Silva, 11. Brunu Fernandeş, 20. Joau Kanselu, 21. Dioqu Jota
Ehtiyat oyunçular: 12. Antoni Lopes, 22. Dioqo Kosta, 2. Nelson Semedo, 7. Fransisko Trinkan, 13. Danilo, 14. Dominqos Duarte, 14. Rafa Silva, 16. Otavio, 17. Qonsalo Quedes, 18. Ruben Neves, 19. Tavares Mendes, 23. Joao Mario.