07 sentyabr 2021 13:09
896

UEFA səfər komandalarının azarkeşlərinə icazə verdi

UEFA Avrokubokların qrup mərhələsində səfər komandalarının azarkeşlərinin stadiona buraxılmasına icazə verib.

“İki sahil” xəbər verir ki,  bunu UEFA açıqlayıb.

Qeyd olunub ki, səfər komandaları özləri ilə azarkeş apara bilərlər. Lakin bunun üçün ev sahibi ölkələrin də icazəsi lazım olacaq.