“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsində rəqibi olan “Kayrat” (Qazaxıstan) yoxlama görüşündə qüvvəsini sınayıb.
“İki sahil” xəbər verir ki, son çempion bu dəfə öz meydanında “Şaxtyor”la qarşılaşıb. “Qarabağ”ın rəqibi məğlub olub - 0:2.
Xatırladaq ki, “Qarabağ”la “Kayrat” qrupda ardıcıl – 3 və 4-cü turlarda qarşılaşacaq. İlk oyun oktyabrın 21-də, ikinci oyun noyabrın 4-də keçiriləcək.